Cənubi Afrika Respublikasında yaşayan çəhrayı fil balasının suda oynaması marağa səbəb olub. Cənubi Afrika Respublikasında yaşayan çəhrayı fil balasının suda oynaması marağa səbəb olub.

Çəhrayı fil balasının sevimli hərəkətləri görənləri heyran edir - Video

Cənubi Afrika Respublikasında yaşayan çəhrayı fil balasının suda oynaması marağa səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, maraqlı hadisə Limpopo çayında qeydə alınıb.

Çəhrayı fil balası albinos olaraq dünyaya gəlib. Onun bədənində melanin piqmenti çatışmazlığı var. Afrikada bu cür heyvanlar nadir hallarda həyatda sağ qalmağı bacarırlar. Çünki Günəş şüaları onların gözlərinə və dərisinə mənfi təsir edir. Bundan başqa, sürü bu cür heyvanları qəbul etmir. Lakin bu körpənin bəxti o sarıdan gətirib. Çayda sərinlədikdən sonra filin balası sahilə çıxmaqda çətinlik çəksə də, anası bu işdə ona kömək edib.

Bəxtiyar Abbasov

AzNews.az