Amerika Birləşmiş Ştatlarında 72 yaşlı Su adlı nənə nəvəsi Bob Secerin toyunda rok-n-roll rəqsi edib. Amerika Birləşmiş Ştatlarında 72 yaşlı Su adlı nənə nəvəsi Bob Secerin toyunda rok-n-roll rəqsi edib.

Nənə nəvəsinin toyunda rok-n-roll oynadı – Video

Amerika Birləşmiş Ştatlarında 72 yaşlı Su adlı nənə nəvəsi Bob Secerin toyunda rok-n-roll rəqsi edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bəyi heyrətə gətirən hadisə Pensilvaniya ştatında baş verib.

Secer qeyd edib ki, o, ənənəyə uyğun olaraq nənəsini valsa dəvət edib. Lakin, nənə bu təklifdən imtina edib. Əlil arabasına bağlı qalan yaşlı qadın gözlənilmədən ayağa qalxaraq rok-n-roll oynayıb. Bu, nənənin qızları ilə birlikdə nəvəsi üçün əvvəlcədən hazırladığı süpriz rəqs olub.

Bəxtiyar Abbasov

AzNews.az