Türkiyənin İstanbul şəhərində binanın damından insanlara atəş açan şəxsə qarşı əməliyyat keçirilib. Türkiyənin İstanbul şəhərində binanın damından insanlara atəş açan şəxsə qarşı əməliyyat keçirilib.

Binanın damından insanlara atəş açan şəxs həbs edildi - Video

Türkiyənin İstanbul şəhərində binanın damından insanlara atəş açan şəxsə qarşı əməliyyat keçirilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxs bir qədər əvvəl binanın damına çıxaraq insanlara atəş açmağa başlayıb. Polis vəziyyətlə əlaqədar dərhal təhlükəsizlik əməliyyatları keçirib. Onun kimliyi və ya hər hansı bir təşkilata üzv olub-olmadığı məlum deyil. Silahlı şəxs çoxlu sayda avtomobillərə zərər yetirsə də, ölən və ya yaralanan olmayıb. Faktla bağlı araşdırma başlayıb.

Bəxtiyar Abbasov

AzNews.az