Belçikanın Malmedi şəhərində ənənəvi Omlet festivalı keçirilib. Belçikanın Malmedi şəhərində ənənəvi Omlet festivalı keçirilib.

10 minə yaxın yumurtadan omlet bişirdilər - Video

Belçikanın Malmedi şəhərində ənənəvi Omlet festivalı keçirilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, festivalda yüzlərlə insan iştirak edib.

Təşkilatçılar 10 minə yaxın yumurtadan omlet bişirərək festival iştirakçılarına təklif ediblər. Festivalda yumurta tədarükü işinə isə toyuq qiyafəsində olan maskot baxıb. Festivalda, eyni zamanda, rəqs qrupları da şou göstərib.

Omlet qayğanaqdan fərqli olaraq yumurtanın tərkibinə tərəvəz, pendir və zövqdən asılı olaraq digər ədviyyat növləri əlavə etməklə bişirilir.

Bəxtiyar Abbasov

AzNews.az