Böyük Britaniyada pedofil 13 yaşlı qızla cinsi əlaqəda olmağa hazırlaşarkən yaxalanıb. Böyük Britaniyada pedofil 13 yaşlı qızla cinsi əlaqəda olmağa hazırlaşarkən yaxalanıb.

Pedofili yaxaladılar – Rüsvay olduğu üçün başını... (Video)

Böyük Britaniyada pedofil 13 yaşlı qızla cinsi əlaqəda olmağa hazırlaşarkən yaxalanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Londonda baş verib.

Bəşər adlı əfqan mühacir yetkinlik yaşına çatmayan qızla mütəmadi əlaqə saxlayırmış və onunla mesajlaşırmış. Bəşər cinsi əlaqə qarşılığında qıza mobil telefon alacağına dair vəd verib.

Bəşərin niyyəti “Pedofil Ovçuları” qrupuna məlum olub və onlar Bəşəri ifşa ediblər.

Qeyd edək ki, “Pedofil Ovçuları” qrupunun üzvləri internetdə özlərini azyaşlı qız kimi göstərərək pedofilləri özlərinə cəlb edir və tələyə düşən pedofilləri ifşa edirlər.

Bəşər ələ keçdiyini anlayaraq qrup üzvlərinə yalvarmağa başlayıb. O, rüsvay olduğu üçün başını divara vurub. Lakin, qrup üzvləri onu polisə təhvil vermək qətiyyətindən əl çəkməyiblər.

Bəxtiyar Abbasov

AzNews.az