Çində dünyanın ən sürətli qatarının fəaliyyəti yenidən bərpa olunacaq. Çində dünyanın ən sürətli qatarının fəaliyyəti yenidən bərpa olunacaq.

Dünyanın ən sürətli qatarı yenidən reysə buraxılır – Video

Çində dünyanın ən sürətli qatarının fəaliyyəti yenidən bərpa olunacaq.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “güllə qatar” sentyabr ayından etibarən dəmiryol xəttinə buraxılacaq.

Sözügedən qatarın sürəti saatda 350 kilometrə çatır. Qatar Pekin-Şanxay reysi üzrə hərəkət edir. “Güllə Qatar” iki şəhər arasında olan 1250 kilometrlik məsafəni 4 saat 30 dəqiqəyə qət edəcək.

Çin 2008-ci ildən etibarən sürət qatarlarını işə salıb. Lakin, ölkə rəhbərliyi 2011-ci ildə iki qatarın toqquşması ilə nəticələnən qəzadan sonra sürət həddini 250-yə endirmişdi. Həmin qəza nəticəsində 40 nəfər ölüb, 191 nəfər xəsarət alıb.

Hazırda Çində 20 min kilometrdən çox sürətli dəmiryol xətləri mövcuddur.

Bəxtiyar Abbasov

AzNews.az