Pakistanlı Əli Ləyaqət daşla dolanır. Pakistanlı Əli Ləyaqət daşla dolanır.

Daş yeyən ağsaqqal – Hər gün 150 qram (Video)

Pakistanlı Əli Ləyaqət daşla dolanır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs artıq uzun müddətdir ki, daşla qidalanmağa vərdiş edib.

Əli Ləyaqətin 65 yaşı var. O, Mərdan şəhər sakinidir. Taksi sürücüsü olan Ləyaqətin bu yaşda möhkəm dişlərinin olması bir yana, mədəsinin bu cür sərt “qida”ya necə tap gətirməsi hər kəsi təəccübləndirir.

Ləyaqət 53 yaşından etibarən daş yeməyə başlayıb. O, daş-kəsək parçalarını xırda-xırda qıraraq qoz-fındıq kimi yeyir.

“İndiyə qədər bu vərdişimə görə heç bir xəstəlik keçirməmişəm. Dişlərim tamamilə sağlamdır. Ona görə vərdişimi tərkitməyə ehtiyac görmürəm. Yanımda həmişə bir torba daş gəzdirirəm. İştahım tutanda yeyirəm. Normal yeməkləri ötürə bilərəm, amma daşlardan heç vaxt əl çəkmərəm” – deyə Ləyaqət qeyd edib.

Ləyaqətin ailəsi də onu bu hərəkətinə görə tənqid edir. Lakin ağsaqqal bu çağırışlara məhəl qoymur.

Bəxtiyar Abbasov

AzNews.az