14:44
(077) 610-22-33

“Hato” qasırğası dəhşət saçdı – Külək insanları sovurdu (Video)

  • >
2 699 23 Avqust 2017 17:37 | Video

Çində son 5 ilin ən dağıdıcı qasırğası müşahidə olunub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa, əsasən, cənub regionunda, o cümlədən, Quandun vilayətində genişmiqyaslı dağıntılar törədib. Qasırğa zamanı qeydə alınan kadrlarda küçələrdə küləyin insanları sovurması da müşahidə olunur. Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib.

Şiddətli küləklər yüzlərlə evin damını uçurub. Kranlar aşıb. Nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. 420-yə yaxın uçuş təxirə salınıb. Sahilyanı bölgələri su basıb.

Hökumət fövqəladə vəziyyətlə əlaqədar məktəblərin fəaliyyətini dayandırıb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X