Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb.

Bakıda avtoxuliqan yaxalandı - Video

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Yasamal rayonu Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi “Vaz 2107” markalı 07-BF-711 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.

Sürücünü görülən tədbir nəticəsində Lökbatan qəsəbəsində digər yol polislərinin köməyi ilə süni tıxac Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü S.Hənifəyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 327.3 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilib.

image description image description