Milyonçuların həyat tərzinə nəzər salaq. Milyonçuların həyat tərzinə nəzər salaq.

Milyonçuların həyat tərzi - 30 milyon dollarlıq yaxta (Fotolar + Video)

Milyonçuların həyat tərzinə nəzər salaq.

AzNews.az xəbər verir ki, İtaliya istehsalı olan “Wider 130” yaxtası dünyanın ən şıq yaxtası hesab olunur.

Yaxta İtaliyanın “Wider Design” şirkəti tərəfindən istehsal olunub. Yaxtanın daxilində 6 kayut var. Qayıq 12 nəfər üçün nəzərdə tutulub. Kayutlardan 3-ü ekipaj üzvlərinin, biri isə, kapitanın xidmətindədir.

Bu model “Wider 125” seriyalı əvvəlki modelin daha mükəmməlləşdirilmiş versiyasıdır. Yeni modelin qiyməti 25-30 milyon dollar arasında dəyişir. Alıcı baza modelini dizayner və texniki avadanlıqlarla təchiz edə bilər. İdman üslubunda hazırlanmış yaxtanın göyərtəsində 200 kvadrat metrlik geniş sahə var. Bu sahə 3 hissəyə bölünür:

Onlardan biri - qabaq tərəfdə olan göyərtə günəş vannası üçün əlverişlidir. Körpülü sahə eleqant şam yeməyi üçün münasib sahədir. Göyərtənin dəniz səviyyəsində yerləşən arxa hissəsi isə, istirahət üçün idealdır.

Yaxta müasir interyerlə təchiz olunub. Pəncərələr elə tikilib ki, Günəş kayutaları tamamilə işıqlandırır. Yataq kayutasının rəngləri göz oxşayır.

Qonaq kayutasının dənizə açılan mənzərə isə, xüsusilə, diqqətəlayiqdir.

İkiturbinli mühərrik yaxtanın maksimum saatda 25 kilometr sürətlə hərəkət etməsinə imkan verir. Çənin yanacaq tutumu 40 min litrdir. Yaxtanın ümumi çəkisi isə, 360 tona çatır. Gövdənin ucunluğu 40.78 metr, eni isə, 8.40 metrdir. Dizel mühərriki ilə yanaşı, yaxta iki elektromühərriklə də təchiz olunub. Bu mühərriklərin hər biri 440 kilovat enerjisi hasil edir. Yaxtada ən son texnologiya əsasında, geolokasiya, radar, sonar və sputnik rabitə sistemləri quraşdırılıb.

Bəxtiyar Abbasov

AzNews.az

image description image description image description image description image description image description image description image description