Hindistanda həkimlər doğuş əməliyyatı zamanı mübahisə etməyə başlayıblar. Hindistanda həkimlər doğuş əməliyyatı zamanı mübahisə etməyə başlayıblar.

Həkimlər mübahisə etdi - Yenicə doğulmuş körpə öldü + Video

Hindistanda həkimlər doğuş əməliyyatı zamanı mübahisə etməyə başlayıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Racastan ştatında baş verib.

Qeysəriyyə əməliyyatı edən cərrah Nəinval, anestezioloq Takdan qadının əməliyyatdan əvvəl yemək yeyib-yemədiyini soruşub. Doktor Tak isə suala cavab vermək üçün digər həkimi xəstəni müayinə etməyə buyurub. Lakin, cərrah buna icazə veməyib. Sonda tərəflər arasında mübahisə başlayıb. Həkimlər nə az, nə çox, yarım saat mübahisə ediblər. Tibbi bacıları həkimlərə xəbərdarlıq etsə də, həkimlərin başı mübahisədən açılmayıb. Nəticədə yenicə doğulmuş körpə ölüb.

Skandal hadisə ilə əlaqədar hər iki həkim işdən qovulub və onlara qarşı cinayət işi açılıb.

Bəxtiyar Abbasov

AzNews.az