Myanmada kütləvi zorakılıqlara məruz qalan rohinca müsəlmanları atəşkəs elan ediblər. Myanmada kütləvi zorakılıqlara məruz qalan rohinca müsəlmanları atəşkəs elan ediblər.

Rohinca müsəlmanları atəşkəs elan etdi - Video

Myanmada kütləvi zorakılıqlara məruz qalan rohinca müsəlmanları atəşkəs elan ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, zorakılıqlara qarşı mübarizə aparan Rohinca Qurtuluş Ordusu humanitar böhranı aradan qaldırmaq üçün təktərəfli şəkildə atəşkəs qərarı verib. Qərar 1 ay müddətində qüvvədə qalacaq.

Qeyd edək ki, son 3 həftə ərzində rohinca müsəlmanlarına qarşı törədilən zorakılıqlar zamanı 500-ə yaxın dinc insan öldürülüb. Myanma hökuməti isə mülki insanlara qarşı heç bir zorakılıq aktlarına yol vermədiklərini, təkcə, silahlı üsyançılara qarşı mübarizə apardıqlarını bildiriblər.

Hökumətin təkziblərinə baxmayaraq, artıq Birləşmiş Millətlər Təşkilatı da Myanmada baş verən hadisələrin pərdə arxasında soyqırımı siyasəti izlərinin olduğunu bildirib.

Myanma hökuməti bəyan edib ki, hərbi qüvvələr mülki şəxslərə toxunmur və təkcə silahlı üsyançılara qarşı əməliyyatlar keçirir.

Myanma müsəlmanlarına qarşı törədilən zorakılıqlar müsəlman ölkələrində kütləvi etirazlara səbəb olub. Pakistanın Kəraçi şəhərində keçirilən etiraz aksiyasına minlərlə insan qatılıb.

Bəxtiyar Abbasov

AzNews.az