İraq kürdləri bu gün rəsmi Bağdaddan müstəqillik əldə etmək məqsədilə səsvermə məntəqələrinə üz tutublar. İraq kürdləri bu gün rəsmi Bağdaddan müstəqillik əldə etmək məqsədilə səsvermə məntəqələrinə üz tutublar.

İraqın Kürdüstan Muxtar Regionunda müstəqllik referendumu keçirilir - Video

İraq kürdləri bu gün rəsmi Bağdaddan müstəqillik əldə etmək məqsədilə səsvermə məntəqələrinə üz tutublar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, referendum ziddiyyətlərə səbəb olsa da, kürd liderlər niyyətlərindən əl çəkməyəcəklərini bildiriblər. Seçkilərdə müstəqilliyə “hə” deyənlərin üstünlük təşkil edəcəyi isə böyük ehtimaldır. Bununla belə, səsvermənin hər hansı bir rəsmi müstəqillik bəyannaməsi ilə nəticələnəcəyi də gözlənilmir. Belə ki, Türkiyə müəyyən qrupların ölkənin cənubunda müstəqil kürd dövləti yaratmaq cəhdlərinə qarşı hərbi qüvvədən istifadə edəcəyini açıqlayıb.

İraqın baş naziri Heydər əl-Əbədi ölkənin birliyini qorumaq üçün lazımi tədbirlər görəcəyini deyib.

“Referendum qərarı konstitusiyaya ziddidir və bölgənin təhlükəsiziyini riskə atır” – deyə əl-Əbədi qeyd edib.

Rəsmi Bağdad referenduma qarşı çıxsa da, muxtar regionda qərarları dəyişmək səlahiyyəti yoxdur.

Qərb ölkələri də seçkilərin yeni münaqişələrə yol aça biləcəyi ilə bağlı xəbərdarlıq edib və bunun “İŞİD”lə mübarizədən diqqəti yayındıracağını bildiriblər.

Seçkilərin ilkin nəticələri sabah məlum olacaq. Ümumi nəticələrin isə həftəsonu elan ediləcəyi gözlənilir.

Bəxtiyar Abbasov

AzNews.az