18:58
(077) 610-22-33

Las Veqasda atışma nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb – Video (Yenilənib 2)

  • >
4 724 2 Oktyabr 2017 12:56 | Video

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində Mandalay Körfəzindəki ən böyük kazinolardan birində baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

***

11:01

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində törədilən hücum nəticəsində 2 nəfərin öldüyü, 24 nəfərin yaralandığı bildirilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs avtomat silahla silahlanıb. O, qarşısına çıxan insanlara atəş açır.

Hücumun terror aktı olması ehtimalları var. Lakin bu barədə rəsmi açıqlama gəlməyib.

AzNews.az

***

10:42

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində naməlum silahlı şəxs insanlara atəş açıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə kantri musiqi festivalında qeydə alınıb.

Hücum nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir. Məlumata görə, silahlı şəxs hələ ki, fəal vəziyyətdədir. Hadisə yerinə polis cəlb olunub.

Atışma zamanı insanlar dərhal təlaş içində festivalı tərk etməyə başlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X