16:19
(077) 610-22-33

Bakıda yol çökdü - (Foto + Video) Yenilənib

  • >
2 668 3 Oktyabr 2017 13:11 | Video

Yasamal rayonu ərazisində Musabəyov parkından Yasamal bazarı istiqamətində aparılan yol təmir işləri səbəbindən 14 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslardan biri ərazidə texniki problemlə üzləşib.

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, təmir briqadası dərhal hadisə yerinə çatdırılıb. Bu səbəbdən, təmir işləri yekunlaşana qədər 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər yaranacaq.

12:15

***

"Azəravtoyol" ASC intensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsindəki yolda baş verən çökmə hadisəsi ilə bağlı açıqlama verib.

Qurumdan verilən məlumata görə, nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.

Dərhal əraziyə əməkdaşlar cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılıb. Məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib.

Qurumdan verilən məlumata görə, bəzi məlumatlarda guya bərpa işlərinin "Azəravtoyol" ASC tərəfindən aparılmalı olduğu, ancaq işlərin yubadıldığı qeyd olunur: "Rəsmi olaraq bildirmək istəyirik ki, bu belə deyil. Mövcud qanunvericiliyə əsasən yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Bunu normal şəkildə etməyə imkanı yoxdursa bu sahədə ixtisaslaşmış dövlət qurumu olan "Azəravtoyol" ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər. Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur. Buna baxmayaraq əraziyə cəlb olunmuş əməkdaşlarımız tərəfindən yolun qazılmış hissəsinin müvəqqəti olaraq bərpa olunması və normal hərəkətin təşkili üçün addımlar atılıb".

Bağla X