12:54
(077) 610-22-33

Nadir təbiət hadisəsi - “Alov fırtınası” (Video)

  • >
4 108 9 Oktyabr 2017 10:30 | Video

Portuqaliyada nadir təbiət hadisəsi yaşanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Koimbra vilayətində qeydə alınıb.

Sözügedən bölgədə meşə yanğınları tüğyan edir. Ötən gün ərazidə müşahidə olunan qasırğa alovu göyə sovurub. Nəticədə təbiətdə nadir hallarda rast gəlinən mənzərə yaranıb.

Qeyd edək ki, yanğınların qarşısını almağa 1000-ə yaxın yanğınsöndürən cəlb olunub.

Portuqaliyada ilin əvvəlindən genişmiqyaslı yanğınlar baş verib. İyun ayında baş vermiş yanğınlar nəticəsində 64 nəfər ölmüşdü.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X