03:47
(077) 610-22-33

Məşhur aktyor jurnalistin sinəsinə əl atdığı üçün üzr istədi – Video

  • >
3 835 12 Oktyabr 10:45 | Video

Amerikalı tanınmış aktyor Ben Aflek “MTV”nin müxbirindən üzr istəyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ben Aflek 2003-cü ildə Hilari Börtona qarşı etik olmayan hərəkətə yol verib. Aflek çəkiliş zamanı Börtonun sinəsinə əl atıb. Hadisə Aflekin öz “twitter” səhifəsində cinsi zorakılıqda ittiham olunan amerikalı prodüser Harvi Vaynşteyn barəsində tənqidi şərhlər yazmasından sonra yenidən gündəmə gəlib. “Twitter” istifadəçilərindən biri Afleki başqalarını tənqid etməkdənsə, öz hərəkətlərinə cavabdeh olmağa çağırıb və onun Börtona qarşı etdiyi hərəkəti xatırladıb.

Aflek öz səhvini anladığını və buna görə Börtondan üzr istədiyini deyib. Börton həmin dövrdə hələ uşaq olduğunu və Aflekin hərəkətinə gülərək qarşılıq verdiyini deyib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X