Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb. Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb.

Oğru kameraya düşdü

Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Oğurluq hadisəsinin izini avtomobil təmiri sexinin içərisində quraşdırılmış müşahidə kamerasının köməyi ilə tapmaq mümkün olub.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə yerləşən sexə orta yaşlı iki naməlum kişi avtomobilləri ilə daxil olub. Onlardan biri ustaların fikrini yayındırmaq üçün işçiləri sexdən uzaqlaşdırıb. Digər şəxs isə içəridəki masanın üzərində olan bir neçə mobil telefonu oğurlayıb. Maraqlıdır ki, bu hal bir ay ərzində eyni adam tərəfindən bir neçə dəfə təkrarlanıb.

Zərərçəkmişlər bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verib. Hazırda polis oğurluq əməlini törədən şəxslərin axtarışına başlayıb.

AzNews.az