Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib. Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli instaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub. Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib. Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli instaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub.

Bu şəxsin pasport şəkili sosial şəbəkədə lağa qoyuldu - Səbəb isə... + Video

Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib. Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli instaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, səbəb isə onun atasının adının Malagedən olmasıdır.

Ata adının Malagedən olması Sumqayıt sakini Nüsrət Novruzovun və ailə üzvlərinin sosial şəbəkədə təhqir olunması ilə nəticələnib. Belə ki Nüsrət Novruzovun pasport şəkli instaqramda paylaşılıb və müxtəlif istifadəçilər tərəfindən lağa qoyulub.

Bəzi istifadəçilər malagedən adını məsxərəyə qoyublar. Nüsrət Novruzovun həyat yoldaşı Elmira Daşdəmirova qayınatasının adının niyə malagedən olmasını belə izah edir.

Ailə üzvləri tərəfindən səhifə adminindən şəklin silinməsi tələb edilsə də buna məhəl qoyan olmayıb.Bəziləri isə ailənin erməni olduğunu iddia edib.

Şəkli lağa qoyulan hazırda Rusiyada olan Nüsrət Novruzovla telefon əlaqəsi saxladıq. O təhqirə yol verənlərin qanun müstəvisində cavab verəcəklərini bildirib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ekspert Xəyal Bəşirov deyir ki, ölkəmizdə hər bir vətəndaşın şərəf və ləyaqəti qanunla qorunur. Kiminsə şəklinin lağa qoylması təhqirdir. Ona görə də şəkli paylaşan səhifə idarəçiləri,eləcə də şəkilə təhqiramiz şərhlər yazanlar haqqında sərt tədbirlər görülməlidir

Zərərçəkənlər məsələnin həlli üçün məhkəməyə müraciət etməlidirlər.