Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb. Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb.

Aeroport yolunda içi sərnişinlə dolu iki avtobusun ölüm yarışı - Video + Yenilənib

Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb.

AzNews.az Azxeber.com-a istinadən məlumat verir ki, hadisə şahidi bu olayı öz mobil telefonu ilə lentə alıb.

O, içi sərnişinlə dolu olan 136 saylı avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğunu deyib. Sürücü avtobusa çatmaq üçün sürətini 130-a qaldırdığını və ancaq bu zaman onlara çata bildiyini əlavə edib.

Yarışa çıxan sərnişin avtobuslarından birinin nömrəsi 90-FK-492 olduğu görünsə də, digərinin nömrəsini görmək mümkün olmayıb.

16:44

***

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev AZXEBER.COM-a açıqlama verib.

AzNews.az xəbər verir ki, o, açıqlamasında deyib ki, həmin görüntülər nəzarətə götürülüb: "Bu video ilə bağlı bildirmək istərdim ki, məsələ BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı Agentliyə çağırılıb və tələb edilib ki, sərnişin avtobusunu yüksək sürətlə idarə edərək sərnişinlərin eləcə də yolda olan digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükəyə atan sürücülərin müəyyən edilərək barələrində ciddi tədbir görülsün. Məlumat üçün onu da qeyd edək ki, hər iki avtobusun sürücü günün sonundan istehsalat bazasına qayıtdıqdan sonra daşıyıcı tərəfindən onlara qarşı lazımi tədbir görüləcək ki, analoji hal bir daha təkrarlanmasın. Eyni zamanda daşıya da xəbərdarlıq edilib ki, bir daha sürücüləri tərəfindən belə xoşagəlməz halların təkrarlanacağı təqdirdə artıq onun özünə qarşı BNA tərəfindən konkret tədbirlər görüləcək" Qeyd edək ki, redaksiyamıza göndərilən videoda 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğu qeyd olunub.