İstanbulda gecə klublarından birinə silahlı basqın olub. İstanbulda gecə klublarından birinə silahlı basqın olub.

İstanbulda gecə klubuna silahlı basqın anbaan kamerada - Ölən var + Video

İstanbulda gecə klublarından birinə silahlı basqın olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, silahlı basqın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Hadisə zamanı 1 nəfər ölüb.

Məlumata görə, gecə klubunun ətarafına gələn bir qrup şəxs avtomobilin içindən kluba doğru atəş açaraq hadisə yerindən qaçıb. Silahlı hücumda 16 yaşlı gənc həyatını itirib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə ağ rəngdə olan bir avtomobilin gecə klubunun önünə gələrək orada saxladığını və maşında olan şəxslərin əllərindəki silahlarla ön və arxa pəncərədən atəş açdığı görünür. Həmçinin atəş açdıqdan sonra onların avtomobildən düşməyərək hadisə yerindən qaçdığı da kameralara əks olunub.