Kanadanın Toronto şəhərində Lester Pirson adına beynəlxalq hava limanında iki təyyarə toqquşub. Kanadanın Toronto şəhərində Lester Pirson adına beynəlxalq hava limanında iki təyyarə toqquşub.

2 təyyarə toqquşandan sonra yandı - Göyərtəsində 168 nəfər olub + Video

Kanadanın Toronto şəhərində Lester Pirson adına beynəlxalq hava limanında iki təyyarə toqquşub.

AzNews.az xəbər verir ki, bu barədə “WestJet” aviasiya şirkətinin twitter səhifəsində məlumat verilib. Hadisənin videgörüntüsü Hue telekanalında yayımlanıb. Göyərtəsində 168 nəfər olan Boeing 737-800 təyyarəsi Meksikanın Kankun şəhəri istiqamətində uçmağa hazırlaşırmış. Bu zaman “Sunwing” şirkətinə məxsus təyyarə ilə toqquşma baş verib və yanğın başlayıb. Sərnişinlər və ekipaj üzvü təxliyə edilib. Xəsarət alan olmayıb. CNN-in məlumatına görə, “Sunwing” şirkətinə məxsus təyyarənin (onun modeli göstərilməyib) göyərtəsində heç kim olmayıb. Digər uçuşlar təxirə salınıb, lakin hadisənin nəticələri aradan qaldırıldıqdan sonra aeroportun işi tam bərpa olunub.