Dövlət bağçalarına gedən uşaqların sosial müdafiəsi qaydaları təsdiqlənib. Dövlət bağçalarına gedən uşaqların sosial müdafiəsi qaydaları təsdiqlənib.

Bağçalarda uşaqlara geyim və ayaqqabı veriləcək - Yenilik

Dövlət bağçalarına gedən uşaqların sosial müdafiəsi qaydaları təsdiqlənib.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, yeni qaydalarda , baxçalarda uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması və tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət məktəbəqədər təhsil müəssələrindəki uşaqların sosial müdafiəsini gücləndirir. Əvvəllər, valideynlərin öhdəliyinə düşən bir çox məsələləri indi dövlət öz üzərinə götürür.

Təsdiqlənən qaydalarda, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabi, yumşaq inventarlarla təmin olunması nəzərdə tutulub.

Bundan əlavə, uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bəzi tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Bura, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqlara yardım, onların valideynlərinə psixoloji-pedaqoji dəstək, uşaqların funksional bacarıqlarının bərpa edilməsi, koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyasi, idman terapiyasi və digər tədbirlər daxildir.

Bağçalardakı yeməklərə gəlincə, qidalar müəssisənin tibb işçiləri tərəfindən qiymətləndirildikdən sonra, uşaqlara veriləcək. Məktəbəqədər yaşlı uşaqlara tibbi ximətin göstərilməsi, onlara profilaktik peyvəndləmə də davam etdiriləcək.

Qaydalarda öz istedad və bacarığı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcilıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilməsi də öz əksini tapıb. Təhsildə çətinlik çəkən, qüsurlu uşaqlara yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaşına uyğun sosial-psixoloji və pedaqoji yardım göstərilir.

Uşaq evləri və ailə tipli kiçik qrup evlərində uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər, uşaqlarin çətin həyat şəraitində olması, valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olmasi səbəbindən yaranmiş psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanin yaradılmasi, psixoloji inkişafin yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir, uşaqların himayə və qəyyumluğa verilməsi üçün aiddiyyatı orqanlarla əməkdaşlıq edilir.

Uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.