Bəzən həyatda çox şey şansla bağlı olur. Xüsusilə karyerada...Bəziləri "Oskar"ı almaq üçün on illərlə gözləyir, bəziləri üçün isə ilk cəhddən Hollivudun qapıları taybatay açılır. Məşhur aktyor Leonardo Di Kaprio illərlə gözləyənlərə misal ola bilər. Bəzən həyatda çox şey şansla bağlı olur. Xüsusilə karyerada...Bəziləri "Oskar"ı almaq üçün on illərlə gözləyir, bəziləri üçün isə ilk cəhddən Hollivudun qapıları taybatay açılır. Məşhur aktyor Leonardo Di Kaprio illərlə gözləyənlərə misal ola bilər.

“Oskar”ı alan şanslı aktrisalar - Videolar

Bəzən həyatda çox şey şansla bağlı olur. Xüsusilə karyerada...Bəziləri "Oskar"ı almaq üçün on illərlə gözləyir, bəziləri üçün isə ilk cəhddən Hollivudun qapıları taybatay açılır. Məşhur aktyor Leonardo Di Kaprio illərlə gözləyənlərə misal ola bilər.

Karyerasındakı ilk filmi üçün "Oskar" mükafatına layiq olan 4 ulduz...

Lupita Nionqo

Tamamilə kino aləmində yeni olan Lupita karyerasının ilk addımında "Oskar"a layiq görülür. O, 2009-cu ildə "Mənim genlərimdə" adlı sənədli bir filmin rejissoru və produseri olur. Daha sonra o, Stiv Makkuinin xoşuna gəlir və elə ona görə də ona "12 illik köləlik" filmində rol təklif edir. Bu nəinki ona irəli getməyə kömək edir, hətta "Oskar" alaraq nəticədə ən yaxşı aktrisa kimi tanınır. "Oskar" həqiqətən Lupita üçün Hollivudun bütün qapılarını açır. Bundan sonra o, "Ulduz müharibəsi", "Gücün oyanması", "Qara pantera"da rekordları qıran ulduzlarla bir arada rollar alır .

Anna Pakuin

Əsas rolun ifaçısı olan aktrisa Anna Pakuin özünün əsl sənət zirvəzinə "Pianino" ilə qalxır. Onda 9 yaşı olan aktrisa məktəbli rolunda film çəkimləri üçün bacısı da daxil olmaqla 5000 qızla mübarizə aparır. 11 yaşında olanda Anna ikinci planda ən yaxşı aktrisa nominasiyası üzrə "Oskar" mükafatına layiq görülür. Sonra triloqiya "X-İnsanlar" və "Əsl qan serialı"nda çəkilir, hansı ki, hər seriyası üçün təxminən 300 min dollar alır. HBO-nun çəkdiyi supernatural drama serialı olan Əsl Qan serialının VI mövsümünün premyerası 16 iyun 2013-cü ildə baş tutur.

Barbra Streyzand

ABŞ aktrisası və müğənnisi Barbra dünyanın ən böyük 4 mükafatını - Oscar, Emmy, Grammy və Toni bir kolleksiyasında birləşdirməyə nail olan bir neçə sənətçidan biri kimi tarixə düşüb. "Gülməli qız" filminin teatr səhnəsinə görə Toni mükafatına layiq görülən Barbra 4 ildən sonra eyni adlı filmə görə karyerasında ilk dəfə "Oskar" alır.

Julie Andrevs

Həqiqətən əfsanə aktrisa Julie Andrevs bir müddət əvvəl "Mary Poppins" in baş rolundan imtina edir, çünki o, hamilə olduğunda ilk filmində ulduz olmaq istəmir. Təəccüblüdür, Disney studiyası gənc aktrisa ilə görüşməyə gedir. Andrevsin övladı dünyaya gələnə qədər film çəkilişi təxirə salınır. Vaxt gözlədiyini göstərdi - Julie mükəmməl olaraq "Mary Poppins" də oynayır və 1965-ci ildə qazanır. Budur ilk "Oskar" üçün ilk namizəd və qalib...

AzNews.az