Bakıda piyadalara qarşı reyd keçirilib. Bakıda piyadalara qarşı reyd keçirilib.

Bakıda piyadalara qarşı reyd keçirilib - Video

Bakıda piyadalara qarşı reyd keçirilib.

“Report” xəbər verir ki, reyd şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, və maarifləndirmə məqsədi ilə həyata keçirilib.

Bəkı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qəraragah rəisi, polis mayoru Talıb Qasımov bildirib ki, reyd zamanı yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 50-ə yaxın piyada saxlanılıb: “Öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan 30 nəfər piyada ilə maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən 20 nəfər piayada inzibati protokol tərtib edilərək cərimələnib”.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, gün ərzində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 100-ə yaxın barəsində piyada inzibati protokol tərtib edilərək cərimə tətbiq olunur: “Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək”.

Qeyd edək ki, reyd 20 Yanvar, Əcəmi, Koroğlu, İnşahatçılar, Azadlıq və Neftçilər metrostansiyalarının qarşısında keçirilib.

AzNews.az