Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub. Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.

Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu - Video

Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Sarqsyan “Rag'n'Bone” qrupunun “Human” hitini ifa edib.

Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı Məxməri İnqilabdan görüntülər yerləşdirilib.

Ancaq çıxışın sonuna yaxın erməni ifaçı Azərbaycan bayrağı fonunda ifasını bitirib. Həmçinin, sonda kadrlarda Azərbaycan bayrağının rənglərinin əks olunduğu #human həştəqi də görünür.

Srbuinin komandası bu məsələdə təşkilatçıları ittiham ediblər.