ANS “Alın yazısı”ndakı kadrları niyə kəsdi? – Video

Tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, həkim terrorunun qurbanı olan Pərvanə Hüseynova ilə bağlı "ANS" telekanalında yayımlanan "Alın yazısı" proqramında sujetlər hazırlansa da, kanal rəhbərliyinin tapşırığından sonra görüntülərin efirə getməsi qadağan olunub.

Bu cür hal "ANS"də ikinci dəfədir ki, baş verir. "Həkim terroru" ilə bağlı hazırlanan proqramın görüntüləri bundan əvvəl də kəsilərək efirə getməyinin qarşısı alınmışdı.

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Elçin Əlibəylinin "Açıq söhbət" proqramında anons edilən kadrlar efirə getməmişdi.

Və bu da E. Əlibəylininin insan ölümü ilə alverdə ittiham edilməsinə səbəb olmuşdu. Həmin olayın təkrarı ANS-in öz əməkdaşı olan Afət Telmanqızının yaxını Pərvanə Hüseynovaya aid verilişdə təkrar yaşanıb.

"Alın yazısı" proqramında həkim terroru ilə bağlı sujetlər hazırlansa da, kanal rəhbərliyi həmin görüntüləri efirə buraxmayıb.

50 saniyəlik süjetə baxaraq özünüz də əmin ola bilərsiniz ki, verilişin anonsunda Afət Telmanqızı və mərhumun yaxınları həkimlərin əməlləri barədə danışırlar.

Amma verilişdə Afət Telmanqızının danışdıqlarını görə bilmədik. Xanım jurnalist efirə gedən videoyazıda ümumiyyətlə gözə dəymədi. Verilişin tam mətni olan videoya baxaraq özünüz də əmin ola bilərsiniz ki,anonsda danışan və həkim terrorunu qeyd edən Afət Telmanqızının dedikləri efirə buraxılmayıb.

Anonsla tutuşdurduqda, rəhmətə gedən Pərvanə xanımın ailəsinin danışdıqlarının əsas hissələri də verilişdə görünmədi.

"Axar.az" müqayisə üçün anonsu və efirə gedən verilişin özünü təqdim edir. Tərəflərin münasibətini öyrənməyə çalışırıq.





AzNews.az