Rüşvət alan polislərlə bağlı videoçarx hazırlandı

Rusiyada polis əməkdaşlarını rüşvətdən çəkindirmək üçün olduqca maraqlı videoçarx hazırlanıb.

Sosial videoçarxda içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücülərdən rüşvət alan polis əməkdaşlarının üzləşdiyi acı sonluq barədə məlumat verilir.

AzNews.az xəbər verir ki, videoçarx vasitəsilə qaydaları pozan sürücülərə qarşı ancaq qanun çərçivəsində münasibət göstərilməsi reklam edilir.




Elnur
AzNews.az