Nazirlikdə atışma: yaralılar var- VİDEO

Ukraynada müxalifətçilər tərəfindən tutulan Kənd Təsərrüfatı Nazirliyinin binasında atışma gedir.

AzNews.az Aif.ua-ya istinadən xəbər verir ki, binada atəş səsləri eşidilir, əl qumbarası atılır. Bir qrup insan binaya daxil olmağa çalışaraq binanın azad edilməsi üçün deputatlardan icazə olduğunu bildirib.

Artıq binadan yaralıların çıxarılmasına başlanılıb. Mətbuat nümayəndələri binaya buraxılmır.





Elnarə
AzNews.az