Azərbaycanın növbəti tanıtım - VİDEOSU

Azərbaycanın növbəti tanıtım videosu yayıldı – Video


Videoda tarixi abidələr və yeni tikililər nümayiş etdirilib.
AzNews.az xəbər verir ki, "Azerbaijan - Land of the Future" videosunda ölkə müasirliklə tarixin qovuşduğu məkan kimi göstərilib.
Videoda həm tarixi abidələr və məkanlar, həm də yeni tikililər, "Alov Qüllələri", Heydər Əliyev Mərkəzi, Qız qalası, Şəhidlər Xiyabanı, Qobustan qaya rəsmləri, Şəki Xan Sarayı və digərləri nümayiş etdirilib.
Bundan başqa, videoda Azərbaycanın həm də təbii sərvətlərlə, xüsusilə də neft və qazla zəngin ölkə olmasından və bu sahənin tarixindən danışılır.
"Şahdəniz"-in dünyanın ən böyük qaz yataqlarından biri olması qeyd olunur. Neft-qaz sahəsində dünyaca uğurlu layihələr haqqında məlumat verilir.
Bundan başqa, videoda çay istehsalının da vaxtilə Azərbaycanın əsas sahələrindən olması qeyd edilir. Və bu geniş çay plantasiyalarının nümayiş olunması ilə müşayiət olunur.
Videoda həmçinin xalçaçılıq sənəti də yaddan çıxarılmayıb və dünyaca məşhur olan Azərbaycan xalçaçılıq sənətinin nümunələri diqqətdən kənar qalmayıb.