02:35
(077) 610-22-33

Uşaq Bərpa Müalicə mərkəzindən dəhşətli görüntülər - Video

  • >
2 103 6 Mart 2014 13:08 | Video

Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Müalicə mərkəzinin bərpaya ehtiyacı var.

ANS-də yayımlanan "Salam, Azərbaycan" verilişində mərkəzinin şəraitsizliyi ilə bağlı dəhşətli süjetlər göstərilib.

Belə ki, mərkəzdə əsasən iflic olan əlil uşaqlar reabilitasiya keçir. Lakin mərkəzin divarları nəmişlikdən kif atıb, üfunət qoxusu ətrafı bürüyüb, otaqlarda yatmağa yerlər bərbad vəziyyətdədir. Bərpa mərkəzinin kitabxanası olan bu otaq nisbətən geniş olduğundan xəstələri bura yığıblar. Mərkəzin baş həkimi Şahin Tağıyev də bu məsələlərdən xəbərdardır.

Park oturacaqlarından belə yataq kimi istifadə olunan mərkəzdə nəinki xəstə, iflic uşaqlar hətta tam sağlam adamlar da müvazinətini saxlamaqda çətinlik çəkə bilər.

Valideynlərin iddiasına görə, burada olunan müalicə, göstərilən xidmət qarşılığında pul tələb olunur. Onlar bildirirlər ki, kim yaxşı pul versə, ona yaxşı baxırlar. Hətta axşam olanda da tualeti valideynlərə təmizlətdirirlər.

Baş həkim isə valideynlərin idddialarını qəbul etmir, onların yalan söylədiyini bildirir.



AzNews.az
Bağla X