23:54
(077) 610-22-33

Qeyri-adi toyun səbəbkarları danışdı- Video

  • >
2 333 15 Aprel 2014 08:16 | Video

Bir neçə gün əvvəl Əli və Aynurənin toy mərasimi mətbuatda yayımlandı. Bu cütlüyün evliliyi bir çox insanları heyrətləndirdi. FaktXəbər toydan sonra bu cütlüyün ailəsinə baş çəkib.

Binəqədi kəndində kirayədə yaşayan Əli Qasımov gülərüzlə bizi qarşıladı. 42 yaşlı Əli 1-ci qrup əlili olmasına baxmayaraq, 25 yaşından namaz qılır. Nitqi qüsurludur, Quran oxuya bilir, hətta indiyənə kimi 28 nəfərə Quran dərsi də keçib.

Əli bildirdi ki, 6 aylıq olarkən qıcolma keçirib. Həkimin qıcolma zamanı vurduğu iynədən bu günədək əlil arabasında gəzir. O halından şikayətçi deyil, ancaq ayağa qalxması üçün ümid var. Əli deyir ki, xarici ölkələrin birində müayinə olunub və onun ayağa qalxmasına 80 faiz təminat verilib. Bunun üçünsə 70 min avro lazımdır.

Həyat yoldaşı Aynurə Qasımova onunla ailə qurduğuna görə xoşbəxtdir. Aynurə bu addımını böyük hünər saymır: "Əli böyük ürək sahibidir. Yoldaşımın xidmətindən zövq alıram və əsla yorulmuram. Əliyə hər dəfə yardım edəndə haqqımı halal etməsini istəyir. Onun gülərüz olması mənə kifayət edir."

Dostu Sadiq Əliyev Əlinin çox sadiq yoldaş olduğunu deyir: "Hər kəsə dost demək olmur. O çox sadiq dostdur. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub. Əlinin duaları bizə yardımçı olur."

Əli kirayə qalır və hazırda dostlarının dəstəyi ilə ev tikdirir. Xahişi budur ki, ona maddi kömək etsinlər. 1-ci qrup əlil olan Əli Qasımov 65 manat pensiya alır. Ünvanlı sosial yardım almayan Əli həyata nikbin baxır.
Bağla X