Bəbir kəndə hücum etdi: 1 yaralı- VİDEO

Hindistanın Maharaştra əyalətində hər kəsi dəhşətə gətirən hadisə baş verib. AzNews.az xəbər verir ki, əyalətin Ballarpur kəndinə yemək ardınca gələn bəbir kəndlilərdən özünə qarşı təhlükə hiss edincə onların üstünə cumub və sakinlərdən birini dişləyib. Kənd sakini son anda canını bəbirin əlindən qurtara bilib. Təkləndiyini görən heyvan yaxınlıqdakı bir evin hamamına girərək orda gizlənib.

Yerli meşə təsərrüfatı idarəsindən isə bildirilib ki, bəbir zərərsizləşdirilib və yenidən təbiətə buraxılıb. Qeyd olunur olunur ki, bu ölkədə meşələrin məhv edilməsi tez-tez belə hadisələrə səbəb olur.





İntiqam
AzNews.az