Arif Səlimov: “Zeynəb Xanlarova, Röya və Aygün Kazımova mediaya hörmətsizlik edir”

Türkiyənin ünlü sənətçisi Bülent Ərsoyun Azərbaycan jurnalistinə dediyi "Nə deyəcəyəmi səndənmi soruşacağam ulan, mən Bülənt Ərsoyam" fikri ilə bağlı qalmaqal davam edir.

Bəstəkar Arif Səlimov AzNews.az-a açıqlamasında dedi ki, "Onu bəyan edən jurnalist Sezan Aksunun Bakı səfəri zamanı niyə səsini çıxarmadı: "Biz "Sarı gəlin" erməni mahnısıdır" deyən Sezan Aksunu niyə ittiham etmirik? Hansı ki, bu adam öz dili ilə ""Sarı gəlin" erməni mahnısıdır və mən onu oxumuşam" deyə haray çəkdi. Bu sözdən sonra Sezan Aksu Bakıya gəldi və konsert verdi.

Hələ Filip Kirkorov gəlir. Onun da ermənilərlə bağlılığı var. Necə olur ki, biz bunları qəbul edirik, amma qınağa çəkmirik. Əlbəttə, əgər Bülent Ərsoy Azərbaycanı təhqir edibsə, biz də ona təhqirləcavab verməliyik. Amma o, sadəcə, deyib ki, "sən kimsən ki, mənə yaxınlaşırsan". A.Səlimov dedi ki, "Bülent Ərsoy Azərbaycanı təhqir etdi" deyən jurnalist öz sənətçilərinin Azərbaycan mediasına etdiyi hörmətsizlikdən belə xəbəri yoxdur: "Deyəsən, onun Röya, Zeynəb Xanlarova, Aygün Kazımovadan xəbəri yoxdur. Onların hansı biri yerli medianın telefonlarını götürür? Hələ bu günə kimi bir jurnalist onlarla üz-üzə oturmayıb.

Əlbəttə, burada söhbət mediadan gedir. Hərəsi bir prodüser tutub, onlar danışır. Sizcə bu Azərbaycan mediasına hörmətsizlik deyil? Siz niyə bunu qabartmırsınız? Əgər Bülent Ərsoy hər hansı bir jurnalisti qəbul etməyibsə, onu dövlətin adı ilə bağlamaq düzgün deyil. Türkiyədə mediaya həftənin hansısa bir günü vaxt ayırırlar. Gözləyəydin ondan müsahibə alaydın".

Bahar
AzNews.az