Elza Seyidcahan İlhaməni “qızıl baron” adlandırdı

6 Fevral 2016 12:44 (UTC+04:00)


AzNews.az-a açıqlama verən E.Seyidcahan İ.Quliyevanı "qızıl baron" adlandırıb: "Qızıl xəstəsidir ki, qızıldan danışır. Camaatı qorxudur. İnsanlardan qızıl alıb efirə çıxardan, onlara titular verən "qızıl baron"dan xahiş edirəm ki, öz çamurlarını tərbiyəli Azərbaycan xanımlarının üstünə atmasın".

Qeyd edək ki, İ.Quliyeva müsahibəsində bəstəkar-müğənni E.Seyidcahanı oğurluqda ittiham edib. O, bildirib ki, E.Seyidcahan hazırda həbsdə olan köməkçisi Mühriban Hüseynova ilə iş birliyi qurub: "Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban".

Lalə
AzNews.az