Avtobus piyadanı vurdu

6 Fevral 2016 13:09 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 28-də Səbail rayonunun Badamdar şossesində Bakı şəhər sakini Mehman Əsədov idarə etdiyi "İkarus" markalı avtobusla yolu keçən paytaxt sakini İstafil Xankişiyevi vurub. Xəstəxanaya yerləşdiriən İ.Xankişiyev fevralın 5-də orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.