“Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq“ - Samir Şərifov

6 Fevral 2016 16:54 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

"Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq", - deyə nazir qeyd edib.