“Siyasi cəhətdən intihar edib” - Partiyadan gənc müsavatçıya cavab

9 Fevral 2016 13:36 (UTC+04:00)

Partiyanın başqan müavini, Divan üzvü Səxavət Soltanlı AzNews.az-a açıqlamasında T.Abbaslının siyasi cəhətdən intihar edən şəxslər siyahısında olduğunu deyib: "Siyasi fəaliyyət, partiya, blok ciddi anlayışlardır. Düşünmürəm ki, hər qeyri-ciddi söhbətə, yeni lətifəyə mütləq münasibət bildirmək lazımdır. Siyasi cəhətdən intihar edən şəxslər haqqında isə ümumiyyətlə, danışmaq doğru deyil".

Qeyd edək ki, T.Abbaslı may ayında "Ağ blok"un qurultayının keçiriləcəyi və onun partiyaya çeviriləcəyini bəyan edib. Bundan əlavə o, bildirib ki, qurultay ərəfəsində "Ağ blok"da təmsil olunan müsavatçılar Müsavat Partiyasından istefa verəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az