Mənzildən qızıl oğurlandı

9 Fevral 2016 14:18 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 7-də Şəmkir şəhərində yaşayan Sayad Qəhrəmanovun mənzilindən pəncərədən girmək yolu ilə 3000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Ramiz Zirəddinli tutulub.