“Putinin axırına naxçıvanlılar çıxacaq” – Fazil Mustafa

9 Fevral 2016 16:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, F.Mustafa Putinin bu planla Naxçıvana ilişdiyini, naxçıvanlıların onun axıra çıxacaqlarını deyib: "Rusiya prezidenti Vladimr Putin Krımı işğal edərək ABŞ və Avropaya ilişdi. ABŞ və Avropa isə bunun qarşılığında Putini ən sərt sanksiyalarla da durdura bilmədi. Ardınca Putin Suriyaya müdaxilə edərək Türkiyəyə ilişdi. Türkiyə də bunun qarşılığında Rusiyanın təyyarəsini vursa da, yenə də onun Suriyadakı vəhşətini durdura bilmədi.

İndi də Putin Qars müqaviləsini ləğv etmək variantını düzüb-qoşaraq Naxçıvana ilişmək istəyir. Deyəsən pis yerə ilişib, bu Putinin axırına ABŞ çıxa bilmədi, Türkiyə çıxa bilmədi, deyəsən sonda bu naxçıvanlılar çıxacaq".