Ehtiyatsızlıqdan komaya düşdü

9 Fevral 2016 17:18 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də Xaçmaz şəhərində yaşayan Babək Səlimov baş nahiyəsinin ağır dərəcədə əzilməsi diaqnozu ilə koma halında xəstəxanaya gətirilib. Araşdırmalar zamanı B.Səlimovun elektrik mühərriki ilə işləyərkən mühərrikə bərkidilən yonqar daşının sınaraq onun gicgah nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması müəyyən edilib.