Avtomobil metal çəpərə çırpıldı - Yaralanan var

12 Fevral 2016 10:49 (UTC+04:00)

Hadisə Bakı-Xocasən yolunun 4-cü kilometrliyində baş verib. 1985-ci il təvəllüdlü Nağıyev Balahacı Rafiq oğlunun sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq metal çıpərə çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az