Qazaxıstan baş nazirinin I müavini Azərbaycana gələcək

12 Fevral 2016 11:59 (UTC+04:00)

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfir bildirib ki, onun Azərbaycanın baş naziri və baş nazirin müavini ilə görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı əsasən Qazaxıstanla Azərbaycanın tranzit yük daşıma potensialı müzakirə olunacaq.

Səfər çərçivəsində qonaq həmçinin dəniz limanlarını, eləcə də köhnə Bakı limanını, yeni tikilən Ələt limanını ziyarət edəcək.

APA.az