Prezident “Goetzpartners” şirkətinin sahibi ilə görüşdü - Foto

12 Fevral 2016 18:07 (UTC+04:00)


Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən "Goetzparners" şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev "Goetzparners" şirkətini Azərbaycanda fəaliyyətə dəvət etdi.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərtac