Bakı sakini naməlum avtomobillə vuruldu

13 Fevral 2016 13:49 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-də saat 01 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Azad Səttarzadə vurulub.

A.Səttarzadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.