İlham Əliyev Aİ komissarı ilə görüşdü - FOTO

13 Fevral 2016 15:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulandı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.