Bakıdakı “zon’’ dan dəhşətli xəbər: “İşgəncələr verir, döydürüb öldürtdürürlər“

14 Fevral 2016 12:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Criminal.az-a 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və ölümcül hala salınan məhkum Tariyel Şahverdiyevin yaxınları məlumat verib.

Bildiriblər ki, ötən gün 6 saylı cəzaçəkmə müəssisəsində öldürülən Nurani İbrahimov və Sahib Babayevlə yanaşı Tariyel də işgəncəyə məruz qalıb. Onu 17 saylı cəzaçəklmə müəssisəsindən bir həftə əvvəl 2 saylı müəssisəsyə rəis təyin olunan Elçin Əlicanov Vərəm əleyhinə müalicə müəssisəsinə göndərib. Hazırda T.Şahverdiyev qan kusur. Onunla yanaşı Elmir adlı məhkum da işgəncəyə məruz qalıb, hazırda onların vəziyyəti ağırdır.

Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların yaxınları əzizlərinin taleyindən narahatdır. Onlar cəzaçəkmə müəssisəsinin qarşısında toplaşıblar. Onlara məlumat veriblər ki, məhkumları soyunduraraq ayaqlarından asır və işgəncə verirlər.