Yeni aşıqlar qrupu – Aşıq Əli yaratdı

20 Aprel 2016 10:44 (UTC+04:00)

Bu barədə AzNews.az-a aşıq Əli məlumat verib. O qeyd edib ki, qrupda Sahib Qaçayev, Asif Xasanoğlun və bir neçə gənc musiqiçilər təmsil olunur. "Məqsədimiz həm ölkə civarında, həm də beynəlxalq səviyyədə kompozisiyalar təqdim etməkdir. Hazırda yeni proqram üzərində çalışırıq. Sıradan havalar olmayacaq. Eyni zamanda unudulan el havalarını müasir dövrümüzə gətirib çıxarmağı və publikaya sevdirməyi qarşımıza məqsəd qoymuşuq. Qrupla demək olar ki, hər gün məşq edirik. Proqram peşəkar səviyyədə təqdim ediləcək".

Aşıq Əli Tapdıqoğlu vurğulayıb ki, qrupun ilk çıxışı aprelin 27-28-də Şəkidə olacaq: "Eyni zamanda Heydər Əliyevin anım günü münasibəti ilə Aşıqlar Birliyinin hazırladığı tədbirdə yeni kompozisiyalarımız təqdim ediləcək".

Bahar RÜSTƏMLİ
AzNews.az