Ötən gecə cəbhədə yaşananlar – Dəhşətli görüntülər (Video)

28 Aprel 2016 16:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Nəticədə 76 ev dağılıb, 1 ev yanaraq kül olub.

Açılan atəşlər nəticəsində 7 dinc sakin yaralanıb, 2 nəfər isə vəfat edib.

Lider TV ötən gecə cəbhədə yaşananları lentə alıb.

Həmin görüntüləri təqdim edirik: