Ermənilər Ağdamda heyvandarlıq təsərrüfatına ciddi ziyan vurub - Fotolar

29 Aprel 2016 18:55 (UTC+04:00)


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib, ofis binası dağılıb, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan "Qara inək fermer təsərrüfatı" MMC-də olub, təsərrüfata baxış keçiriblər.

"Qara inək fermer təsərrüfatı" MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.